Erməni politoloq: “Rusiya Azərbaycanla münasibətlərinin pisləşməsini istəmir”
Tarix: 28.03.2018 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Stepan Səfəryan:
“Əsrlər boyu olduğu deyilən dostluğun əsasında təhlükəsizlik amili durursa və bu gün Rusiyanın bizim iqtisadiyyata təklif edəsi heç bir şey yoxdursa, belə çıxır ki, artıq dostluq da yoxdur”

Heç bir iqtisadi dayağı olmayan, iqtisadiyyatına heç bir sərmayə qoyulmayan, xarici ölkələrdən köçürülən ianələr hesabına sürünən, ölkə vətəndaşlarının həyatında heç bir müsbət dəyişikliklərə nail ola bilməyən Ermənistan, bununla belə, yenə “ öz yüksək iddialarını” həyata keçirməyə çalışır. Bütün qonşularına qarşı ərazi iddiaları irəli sürən işğalçı ölkə, son zamanlar ən böyük himayədarı olan Rusiyaya qarşı da “diş qıcımaqdadır”.
Maraqlıdır ki, ermənilər son günlər İrəvana intensiv səfərlər edən rus rəsmiləri qarşısında yeni güzəşt tələbi qoymaqdan belə, çəkinmirlər. “Lragir” saytına danışan Erməni Təhlükəsizlik və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Stepan Səfəryanın dedikləri də bu qəbildəndir. Sayt əməkdaşı ondan Rusiya parlament nümayəndələrinin İrəvana səfəri və səfər zamanı rusiyalı deputatların Bakıya silah tədarükü siyasətinin yenidən nəzərdən keçiriləcəyi barədə dediklərinə münasibət bildirməsini xahiş edib. Onun cavabı belə olub: “Ruslar başa düşürlər ki, belə bir siyasət erməni xalqının səbir kasasını doldurmaqdadır. Əsrlər boyu erməni-rus dostluğundan bəhs edilməsinə baxmayaraq, təhlükəsizlik faktoru əsasdır. Onlar artıq səbir kasasının dolduğunu anlayırlar. Əminəm ki, aprel döyüşlərindən sonra Rusiya Ermənistanda onun xeyrinə işləməyən ictimai rəyi izləyir. Əgər əsrlər boyu olduğu deyilən dostluğun əsasında təhlükəsizlik amili durursa və bu gün Rusiyanın bizim iqtisadiyyata təklif edəsi heç bir şey yoxdursa, belə çıxır ki, artıq dostluq da yoxdur. Onlar bizi sakitləşdirməyə çalışırlar”. Səfəryana görə, Rusiya Azərbaycanla münasibətlərinin pisləşməsini istəmir: “Çünki bu halda Bakı Moskvanın problemlərini daha da artıra bilər”. Sayt əməkdaşının “Belə çıxır ki, həm Zatulinin, həm də Kosaçevin söylədiklərinə ciddi yanaşılmamalıdır”- sualını Səfəryan belə cavablandırıb: “Ciddi məsələ kimi, Putinin ifadələri nəzərə alınmalıdır. Çünki Rusiyada əsas onun sözüdür”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info