Üçölçülü printerdə ilk avtomobil çap olunub
Tarix: 29.03.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Almaniyanın “Siemens” konserninin mütəxəssisləri Kaliforniyanın “Hacrod” şirkətinin ekspertləri ilə birlikdə üçölçülü printerdə ilk avtomobil çap ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “La Bandita” adlanan avtomobil axarlı kuzov formasına malikdir. Avtomobilin layihələndirilməsi zamanı ən müasir texnologiyalardan istifadə olunub: mühəndislər kuzovu virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin sınaqlar isə süni intellekt tərəfindən aparılıb.
Layihə müəlliflərinin sözlərinə görə, metal və alümindən hazırlanan avtomobil hamının arzuladığı avtomobili müstəqil hazırlayacağı gələcəyə doğru atılan ilk addımdır.
“La Bandita” idman avtomobili bir nümunədə buraxılsa da, layihə müəllifləri qeyd edib ki, “3D” çapı istehsal xətlərində standart yığımla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobil detallarına və müxtəlif korpus elementlərinə asanlıqla düzəlişlər etmək mümkündür. Bunun üçün yalnız kompüter modelinə düzəlişlər edərək çapa vermək tələb olunur.
“Hackrod” və “Siemens” şirkətləri gələcəkdə sifarişçilərin istək və tələblərinə uyğun müxtəlif avtomobillərin istehsalını planlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info