Kim Çen In şərtlərini açıqlayıb
Tarix: 29.03.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In martın 25-27-də Çində səfərdə olub. Bu barədə məlumatı Çinin rəsmi KİV-ləri martın 28-də səhər saatlarında yayıblar. Bildirilir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında baş tutan səfər zamanı Kim Çen Inı həyat yoldaşı da müşayiət edib. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın rəsmi qarşılanma mərasimi olub. ÇXR Sədri Çin-KXDR dostluğunun hər iki tərəf üçün dəyərli olduğunu qeyd edib. Bu dostluğun hər iki tərəfin etdiyi ən doğru və strateji seçim olduğunu vurğulayan Si Cinpin, bunun tarixi reallığa, beynəlxalq və regional struktura söykəndiyini deyib. Hazırda Koreya yarımadasında vəziyyətin sürətlə dəyişdiyini və bir çox vacib dəyişikliklərin yaşandığını bildirən Kim Çen In deyib ki, bu barədə Çin lideri Si Cinpini şəxsən məlumatlandırmaq istəyib. Tərəflər yarımadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar. Ölkəsinin yarımadada gərginliyin azaldılması və sülh danışıqları üçün təşəbbüs irəli sürdüyünü diqqətə çatdıran Kim Çen In deyib ki, biz KXDR-in əvvəlki liderlərinin bilavasitə iradəsi ilə davamlı olaraq yarımadanın nüvə silahsızlaşdırılmasına tərəfdar olduğumuzu bildirmişik: “Biz Koreyalararası əlaqələrin sülh və əməkdaşlıq münasibətlərinə keçməsi və iki Koreya lideri arasında görüşün təşkili məsələsində fikrimiz qətidir. KXDR ABŞ ilə də dialoqun qurulmasına və iki ölkənin liderləri arasında görüşün təşkilini arzulayır. Koreya yarımadasında nüvə silahsızlaşdırılması məsələsi, Cənubi Koreya və ABŞ-ın bizim səylərimizə xoşməramlı cavabı, sülhün təminatı üçün tərəqqipərvər və sinxron tədbirlər ilə sülh və sabitlik mühitinin yaradılması vasitəsilə həll oluna bilər”. Kim Çen In əlavə edib ki, ölkəsi prosesin gedişində Çin ilə strateji kommunikasiyanın möhkəmləndirilməsinə, birgə səylər ilə dialoq və məsləhətləşmələr tendensiyasının qorunub saxlanılmasına ümid bəsləyir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info