“Biz Azərbaycanın daha irəli səviyyələrə yüksəldiyini müşahidə edirik”
Tarix: 29.03.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


11 aprel prezident seçkilərini Türkiyə Böyük Millət Məclisinin də bir qrup deputat heyəti müşahidəçi qismində izləyəcək. Bu heyətə Türkiyə parlamentinin azərbaycanlı millət vəkili Nurəddin Aras da daxildir. Millət vəkili Nurəddin Aras “Palitra” qəzetinə özəl açıqlamasında bu seçkilərin önəmi haqqında fikirlərini bölüşdü. Nurəddin Aras dedi ki, 11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın inkişafı baxımından çox önəmlidir: “Demokratik seçkilərin keçirilməsi, namizədlərin xalq tərəfindən seçilməsi vacib amildir. İnanıram ki, 11 apreldə Azərbaycan xalqı öz favoritini, inandığı namizədi seçəcək”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra demokratik baxımdan xeyli inkişaf edib: “Azərbaycan 27 ildir ki, müstəqillik qazanıb. Amma 27 il dövlət həyatında böyük zaman kəsimi deyil. Dövlət üçün 100 il belə, uzun zaman deyil. 27 illik tarixə baxdıqda Azərbaycan siyasi, iqtisadi və s. sahələrdə xeyli inkişaf edib. Digər türk dövlətləri ilə də müqayisə etdikdə bunu açıq görürük. Sovetlər birliyindən ayrılan dövlətlərlə də müqayisədə bu inkişaf açıq-aydın hiss olunur. Biz Azərbaycanın daha irəli səviyyələrə yüksəldiyini müşahidə edirik. Çünki biz hər dəfə Azərbaycana gələndə yenilik görürük. Azərbaycan regionun parlayan ulduzudur”.
Nurəddin Arasın fikrincə, bu seçkilərdən sonra Azərbaycanda islahatlar daha da sürətlənəcək: “Çünki Azərbaycanın buna potensialı yetir. Biz inanırıq ki, demokratik baxımdan Azərbaycan daha da inkişaf edəcək. 11 aprel seçkiləri də bu baxımdan önəmli rol oynayacaq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info