“Azərbaycan regionda strateji mövqeyə malikdir”
Tarix: 29.03.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Robert Sekuta:
“Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri strateji layihələrdir. Bu layihələr Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir”

“Azərbaycan regionda strateji mövqeyə malikdir”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar naharda deyib.
"AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova səfirə Azərbaycanda həyata keçirdiyi xüsusi xidmətlərinə görə minnətdarlıqlarını bildiriblər, 2015-ci ildən Bakıda fəaliyyət göstərən səfirin palatanın işinə böyük töhfə verdiyini vurğulayıblar. ABŞ səfiri Sekuta Azərbaycanda diplomatik xidmətdə olduğu bu bir neçə il ərzində Azərbaycanda reallaşan müxtəlif layihələrə ölkəsi tərəfindən yatırılan sərmayələr barədə, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması və dünyanın ən böyük neft şirkətlərindən olan ABŞ-ın "ExxonMobil" və "Chevron" korporasiyalarının müxtəlif yerli layihələrdə səhmdar kimi çıxış etməsi barədə geniş məlumat verib. Bildirib ki, bu müddət ərzində ABŞ Azərbaycanda 3 müxtəlif ticarət missiyasını həyata keçirib. Səfir Robert Sekuta ABŞ-ın Texas ştatının Bakı ilə qardaşlaşmış Hyuston şəhərində keçirilmiş neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı"nda Azərbaycan nümayəndə heyətinin iştirak etməsini xüsusilə vurğulayıb. Bu konfransın Xəzərin enerji resursları və enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsinə dair məlumat mübadiləsi aparılması və bu sahədə tətbiq edilən son texnologiyalar barədə məlumatlanmaq baxımından yüksək əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmasını həvəsləndirmək məqsədilə ABŞ tərəfindən təşkil olunmuş təlimlər bu müddət ərzində daha geniş vüsət alıb. Son dövrlərdə Azərbaycan qadınlarının beynəlxalq arenada öz sözünü deməsini yüksək qiymətləndirən səfir R.Sekuta "Rainergy" ixtirası ilə məşhurlaşan Reyhan Camalovanın da uğurunun bunun bariz nümunəsi olduğunu deyib. Səfir ABŞ ilə Azərbaycan hökumətinin birgə səyləri nəticəsində amerikalı iş adamları ilə yerli sahibkarların əməkdaşlığını gücləndirmək məqsədilə atılan addımların şəffaf biznesin qurulması, dialoqun aparılması, ikitərəfli əlaqələrin daha da mökhəmlənməsinə bir töhfə olduğunu vurğulayıb. R.Sekuta Azərbaycanın regionda strateji mövqe tutduğunu deyib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib: "Bu strategiya ilə yanaşı, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün tədbirləri davam etdirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı “Şərq-Qərb”, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir". O, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Şərqdə yaranan ilk demokratik respublika olmasını və onun müsəlman Şərqində qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olmasını tədbir iştirakçılarına xatırladıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bu problemin beynəlxalq səviyyədə razılaşdırılmış prinsiplərə əsasən sülh yolu ilə həllinə çağırıb. Qeyd edək ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dək qonaq iştirak edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info