ABŞ təşkilatı “exit-poll“ öncəsi sorğunun nəticələrini açıqlayıb
Tarix: 29.03.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Respondentlərin 82,9 faizi İlham Əliyevə səs verəcəklərini bildiriblər

ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələrini elan ediblər.
Sorğunun nəticələrini “AJF&Associates Inc.” təşkilatının sədri Corc Birnbaum və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov açıqlayıblar. Bildirilib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5 faizi (952 nəfər) böyük şəhərlərdən, 17,6 faizi (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9 faizi (748 nəfər) qadın, 50,1 faizi (752 nəfər) kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 faizi (456 nəfər) 18-29 yaş arası, 30 faizi (450 nəfər) 30-39 yaş arası, 19,5 faizi (292 nəfər) 40-49 yaş arası, 11,5 faizi (173 nəfər) 50-59 yaş arası, 5,6 faizi (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9 faizi (44 nəfər) 70 və daha yuxarı yaşda insanlar olub. Sorğu vərəqəsindəki suallar təsnif edilərək aşağıdakı kimi qruplaşdırıla bilər: Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi; Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət; Əhalinin siyasi fəallıq səviyyəsi. Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə seçkilər və ya prezident seçkilərində siz necə iştirak edirsiniz” sualına verilən cavabda respondentlərin böyük əksəriyyəti -74 faizi (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildiriblər. On faiz (150 nəfər) respondent isə 11 aprel prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini deyib. Rəyi soruşulanların 12,6 faizi (189 nəfər) seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini qeyd edib. Anket sorğusunun birinci blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meyilli olma imkanlarını açmağa kömək edir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçirilsəydi hansı partiyanın namizədinə səs verərdiniz?” suallarına alınan cavablar belə olub: İlham Əliyev - 82,9 faiz (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının namizədi - 70,9 faiz (1064 nəfər). “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz” sualına alınmış cavablar isə belə olub: əla - 28,9 faiz (433 nəfər), yaxşı -27,1 faiz (406 nəfər), orta -19,9 faiz (299 nəfər). Ümumilikdə, 75,9 faiz (1138 nəfər) respondent hazırkı hökumətin fəaliyyətini qənaətbəxş hesab edib. Sorğu zamanı digər məsələlərlə bağlı rəylər də öyrənilib: “Azərbaycanın iqtisadiyyatı güclüdür” - 62,5 faiz (937 nəfər), “Azərbaycanda söz azadlığı var” - 65 faiz (975 nəfər), “Ölkə rəhbərliyi xalqı terrordan qoruyur” - 63,6 faiz (954 nəfər), “Biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” - 62,5 faiz (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” - 62 faiz (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” -63,1 faiz (946 nəfər). Sorğuda “Prezident İlham Əliyevə münasibətlə” bağlı suala cavablar belə olub: “İqtisadiyyatı təkmilləşdirir” - 58,7 faiz (881 nəfər), “Vətəndaşların qayğısına qalır” - 61 faiz (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir” - 75 faiz (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur” - 60,7 faiz (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır - 58 faiz (870 nəfər). Qeyd edilib ki, aparılmış sosioloji sorğunun nəticələri 11 aprel prezident seçkilərinə hazırlığın həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxş olduğunu göstərir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info