Yaponiyada yaşayan əcnəbilərin sayı rekord miqdarda artıb
Tarix: 29.03.2018 | Saat: 05:32:00 | E-mail | Çapa göndər


Yaponiyada yaşayan əcnəbilərin sayı yeni rekord həddə çatıb.
AZƏRTAC Yaponiya Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, əcnəbilərin vizada nəzərdə tutulduğundan daha uzun müddətə ölkədə qalma halları artıb.
Nazirliyin immiqrasiya bürosunun yaydığı məlumata görə, Yaponiyada yaşayan əcnəbilərin sayı ötən ilin sonunadək 2 milyon 560 min nəfər təşkil edib. Həmin rəqəm ötən ilin müvafiq göstəricisindən 7,5 faiz çoxdur və bu statistikanın aparılmağa başladığı 1959-ci ildən bəri ən yüksək rəqəmdir.
Sənəddə qeyd edilir ki, ölkədə qalma müddətindən artıq yaşayan əcnəbilərin sayı isə artıq dörd ildir artmağa davam edərək, 66 min 500 nəfər təşkil edib.
Yaponiyaya turist kimi və ya başqa qısa müddətli viza ilə gələn insanlar bir çox hallarda iş taparaq burada qalmağa üstünlük veriblər.
Bununla yanaşı, Yaponiyada qeyri-qanuni yolla qalmaq istəyənlərin ölkədən çıxarılması üçün də büro tərəfindən müvafiq addımlar atılır.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info