Azərbaycan dilində nitqin mətnə çevrilməsi sistemi yaradılıb
Tarix: 31.05.2013 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


"Dilmanc" proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim edib. Bu barədə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib.
Onun sözlərinə görə, "Dilmanc imla"nın ilk versiyası 2013-cü ilin may ayının 31-dən etibarən online rejimdə "Dilmanc"ın saytında ümumi istifadəyə verilib. Sistemin dil filtri tələffüzün özəlliyinə köklənir ki, bu da danışıq nitqini "Windows" mühitində istənilən redaktədə mətn şəklinə çevirməyə imkan verir. Sistem mətni mikrofon vasitəsilə daxil etmək üçün rahatdır, elektron formada iri cümlələrin köçürülmə sürəti isə bir neçə saniyə təşkil edir.
Fətullayev qeyd edib ki, "Dilmanc imla" sisteminin funksiyası Azərbaycan dilində söz və söz birləşmələrini 100 faiz dəqiqliklə müəyyən etməyə imkan verir: "Keyfiyyətli aparatdan (mikrofondan) istifadə və otaqda səs maneələrinin olmaması vacib məqamlardandır".
"Dilmanc imla" sistemi Azərbaycanın "Neyrotex" İT şirkəti ilə birgə hazırlanıb və kommersiya xarakteri daşıyır.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info