“Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrimiz daim genişlənir”
Tarix: 29.03.2018 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə Nazirlikdə keçirilən tanışlıq görüşündə vurğulayıb.
Səlim Müslümov uğurlu sosial-iqtisadi siyasətin respublikamızda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində mühüm tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini, ölkədə həyata keçirilən siyasətin ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. Nazir bildirib ki, qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan islahatlar müsbət demoqrafik vəziyyətin mövcud olduğu ölkəmizdə daim artan əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə də imkan verib. Ümumilikdə Azərbaycanda iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda saxlanılır və məşğul əhalinin artım tempinin iqtisadi fəal əhalinin artım tempindən yüksək olması da bunu göstərir.
Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əhalinin özünüməşğulluğunun dəstəklənməsi sahəsində görülən işləri diqqətə çatdıran nazir, eyni zamanda, bu gün işçi qüvvəsinin iqtisadi inkişafa uyğun əmək bacarıqlarının artırılmasının əmək bazarında müsbət meyillərin stimullaşdırılması baxımından əhəmiyyətini qeyd edib, bu sahədə aparılan işləri diqqətə çatdırıb. Nazir Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılan avtomatlaşdırılmış sistemlər barədə də səfiri məlumatlandırıb.
Səlim Müslümov digər bir sıra İslam ölkələri kimi, Misir Ərəb Respublikası ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib. O, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Misir arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. Nazir, eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bacarıqlarının artırılması, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu da diqqətə çatdırıb.
A.İbrahim ölkəsi ilə Azərbaycan arasında dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb, əmək və sosial müdafiə sahəsində də bu əlaqələrin formalaşması və inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini bildirib. Səfir bu sahədə öz səylərini göstərəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info