Azərbaycanlıların soyqırımı ilə bağlı elmi-praktik konfrans keçirilib
Tarix: 29.03.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Azərbaycanlıların soyqırımından 100 il keçir...” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə idarənin əməkdaşları Səadət Ələkbərovanın “Müsəlman qanına susamış ermənilərin XX əsrdə törətdikləri genosidlərə dair”, Nərmin Alıyevanın “Mart qırğınlarının araşdırılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti”, Həcər Alxasovanın “Bolşevik cildində daşnak ideologiyası”, Ofeliya Əfəndiyevanın “Soyqırımı faciəsində erməni lobbisinin fəaliyyəti və Qərb dövlətlərinin onlara göstərdiyi dəstək” adlı məruzələri dinlənilib.
Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində minlərlə dinc azərbaycanlı öldürülüb.
Vurğulanıb ki, xalqımıza qarşı törədilmiş bütün soyqırımı hadisələrinin anılması və həmin faciələrin unudulmaması üçün dahi şəxsiyyət Heydər Əliyev 1998-ci il martın 26-da Fərman imzalayaraq 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib. Əsrlərboyu xalqımıza qarşı törədilmiş, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti məhz həmin tarixi Fərmandan sonra tarixçilər, tədqiqatçılar, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılıb, qaranlıq səhifələrə aydınlıq gətirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “31 mart soyqırımı – tarixin qanla yazılmış yaddaşı” adlı kompozisiya nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info