31 mart soyqırımı qurbanlarının xatirəsi ABŞ-da anılıb
Tarix: 29.03.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda anım tədbiri keçirilib. Baş konsulluqdan bildiriblər ki, tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər. Tədbiri açan baş konsul Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra digər şəhər və rayonlarında törədilmiş kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb. Quba rayonunda törədilmiş qətliamda müsəlman azərbaycanlılarla yanaşı, böyük sayda yəhudilərin də erməni daşnakları tərəfindən öldürüldüyünü qeyd edən N.Ağayev tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşamış müsəlman və yəhudilərin 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak işğalına qarşı birgə müqavimət göstərdiklərini diqqətə çatdırıb. Baş konsul qeyd edib ki, bu soyqırımına, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qoyulmasına baxmayaraq, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan xalqı öz övladlarına nifrət hissləri aşılamır, əksinə, gənc nəsli xalqlar və dinlər arasında qarşılıqlı hörmət, tolerantlıq dəyərləri ilə yetişdirir. Bu isə Azərbaycan xalqının yüksək mənəviyyatından və mədəniyyətindən xəbər verir.
Sonra Kaliforniyada nəşr olunmuş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi, amerikalı jurnalist Raul Kontreras çıxış edərək xalqımızın başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib. Çıxışlardan sonra müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən soyqırımına məruz qalan azərbaycanlıların ruhuna dualar oxunub. Sonra Los-Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams, azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info