Bu il Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu institutun bina ilə təmin edilməsindən asılı olacaq
Tarix: 29.03.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


"Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Nazirlər Kabinetinin müvafiq qurumları lazımi tədbirləri həyata keçirib".
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
M. Qurbanlı bildirib ki, sifarişlər verilib, qəbul olunacaq tələbələrin sayı, ixtisaslar müəyyənləşib: "Lakin hələlik İlahiyyat İnstitutu üçün yer ayrılması məsələsi açıq qalır. İnşallah, yaxın vaxtlarda bu məsələ də həllini tapar. Bu il görülən işlər davamlı olarsa, bina məsələsi həllini taparsa, İlahiyyat İnstitutuna qəbul həyata keçiriləcək".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 9 fevral tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
 
Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info