“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib
Tarix: 29.03.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstu Həbibbəylidir.
Tanınmış elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması səylərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən tədbirlərdən danışıb. M.Əhmədov “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə yeni addım kimi dəyərləndirib, bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli kitabın elmi və tarixi dəyərindən danışıb, erməni yalanlarının diapazonunun çox geniş olduğunu qeyd edib. O bildirib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Onun sözlərinə görə, etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır. 
SAM-ın direktoru Fərhad Məmmədov çıxışında region xalqların maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyib. F. Məmmədov erməni saxtakarlığının ifşa edilməsi sahəsində SAM-ın göstərdiyi fəaliyyətdən bəhs edib, bu sahədə istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb və bu gün təqdimatı keçirilən kitabın da məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyini deyib.
SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov, tədqiqatçı Elşad Əlili, Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil
18.01.2019
Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib
18.01.2019
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info