“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” 
Tarix: 29.03.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı deyib ki, tədbirin keçirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunun təhlili, ölkəmizin multikultural mühitinə təhdidlər, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirəsidir.
 
AMEA Tarix İnstitutunun direktoru Y. Mahmudov bildirib ki, 1918-ci ilin mart ayında törədilən soyqırımla bağlı əsas sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdir. O qeyd edib ki, 26 Bakı Komissarlarının yaratdığı hakimiyyət əslində erməni daşnak hakimiyyəti olub və Stepan Şaumyanın mart soyqırımından sonra Leninə göndərdiyi məktub da bunu bir daha təsdiqləyir: "Şaumyan Leninə məktubunda Bakıya 4 min erməni daşnak qüvvələri cəlb etdiyini, bu hadisələr olmasaydı, Bakının azərbaycanlıların yaradacağı dövlətin paytaxtı olacağını yazıb. Hamazasp da məhz Şaumyanın göstərişi ilə Qubada və digər ərazilərdə soyqırımlar törədib".
 
Y. Mahmudov deyib ki, böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib: "Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması var idi. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdular və işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.
 
Y. Mahmudovun sözlərinə görə, 9 min kvadrat km ərazi ermənilərə ona görə verilib ki, bir daha azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürülməsin: "Ararat Respublikası 1918-ci il mayın 29-da elan edilib. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski həmin ilin iyulunda Məhəmməd Əmin Rəsulzadəyə yazıb ki, ermənilərə bildirin ki, əgər Dağlıq Qarabağla bağlı iddialarından əl çəkməsələr, 9 min kv. km ərazinin ermənilərə verilməsi barədə qərarı ləğv edəcəyik. Yəni cümhuriyyət qurucuları 2 ay sonra ermənilərə dövlət yaratmaq üçün 9 min kv. km. ərazinin verilməsinin səhv olduğunu anlamışdılar". 
 
Tarix İnstitutunun direktoru 26 Bakı Komissarlarının məzarının açılması qərarının düzün olduğunu vurğulayıb: "Həmin məzardan Şaumyan və digər erməni cəlladlarının cəsədlərinin qalıqları çıxmadı. Dövlət başçısının göstərişi ilə aşkarlanan cəsədlərin qalıqları Bakıda məzarlıqların birində dəfn edildi. Biz Stepan Şaumyanın erməni daşnak komitəsinin rəhbəri olduğunu dair sənədləri də üzə çıxarmışıq". 
 
Millət vəkili Elman Nəsirov deyib ki, I Poytr Xəzəryanı əraziləri işğal edərkən yerli əhalinin etirazı ilə qarşılaşıb və gələcəkdə Cənubi Qafqaza ermənilərin köçürülməsinin vacib olduğu qərarına gəlib. Sonradan I Yelizaveta da bu siyasətin həyata keçirilməsini vacib sayıb. Tədbir çıxışlarla davam edib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info