İçərişəhərdə “Avropa Şəhərciyi”
Tarix: 31.05.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi və AB-yə üzv dövlətlərin səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Avropa Hərəkatı Azərbaycan təşkilatı ilə tərəfdaşlıq şəraitində qədim Bakı şəhərində cari ilin 1-2 iyun tarixlərində “Avropa Şəhərciyi”nin keçiriləcəyini elan edib.
AB-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, “Avropa Şəhərciyi”ndə Azərbaycandakı cari AB layihələri, eləcə də AB ölkələrinin mövqeyindən cari Avropa mədəniyyəti təqdim olunacaq. Tədbirdə məqsəd Avropa rəqslərini, musiqisini, xörəklərini, dillərini və bir çox digər fəaliyyət növlərini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməklə, Avropanın mədəni həyatının müxtəlifliyini və zənginliyini vurğulamaqdır. “Avropa Şəhərciyi” İçərişəhərdə 1 və 2 iyun tarixlərində saat 11.00-dən saat 21.00-dək açıq olacaq. İstirahət günlərində qonaqlar AB və ona üzv dövlətlərin stendləri ilə tanış ola biləcək, AB-nin yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, AB səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcək. Hər iki axşam Azərbaycanın məşhur və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq. AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, “Avropa Şəhərciyi” AB ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsini nümayiş etdirən mühüm alətdir: “Bu, Avropa Birliyinin Azərbaycandakı fəaliyyətini nümayiş etdirir, qonaqları Avropanın təklif etdiyi məsələlərdə iştirak etməyə və onun dadını çıxarmağa dəvət edir. Bununla AB və ona üzv dövlətlər barədə Azərbaycanda məlumatlanma artacaq və ümidvarıq ki, cari ilin noyabr ayında viza rejiminin sadələşdirilməsi sazişləri imzalanan kimi bu, növbəti dəfə Avropanın hansı ölkəsinə səfər etməyi qərar vermələrində bizim qonaqlara yardım edəcək. Hər kəsi “Avropa Şəhərciyi”ndə Avropanı görməyə, öyrənməyə, onunla rəqs etməyə və onu hiss etməyə dəvət edirəm”.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info