“Vətənim Azərbaycan“ adlı yeni layihə təqdim edilib
Tarix: 29.03.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Vətənim Azərbaycan” adlı layihənin iki tədbirdən ibarət açılış konserti təqdim olunub. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov böyük proqramla çıxış edib. İfaçını "Buta" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.
Eldəniz Məmmədovun ifasında "Zabul" muğamı, "Zəminxarə" təsnifi, "Qarabağ şikəstəsi", "Sarı gəlin" xalq mahnıları və bəstəkar mahnıları alqışlarla qarşılanıb.
Qeyd edək ki, müxtəlif xalqların folklor musiqisinin və Azərbaycan muğamlarının, xalq mahnılarının təbliği baxımından Mərkəzin həyata keçirdiyi "Etnik musiqi inciləri" layihəsi də çox maraqlıdır. Bu layihə çərçivəsində təqdim olunan musiqili proqramları həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları arasında böyük rəğbətlə qarşılanır.
Layihə çərçivəsində bu gün Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" çərçivəsində Yunanıstan musiqiçisi Nikos Ksantulis "Qədim Lira aləti" adlı konsert proqramını təqdim edəcək.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info