Azərbaycan diaspor rəhbəri Misir dövlət televiziyasında çıxış edib
Tarix: 29.03.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının qonağı olub. Misirin geniş auditoriyaya malik “Nil Mədəniyyət” kanalının canlı yayımlanan “Mənim gecəm” adlı proqram Azərbaycana həsr edilib. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx göstərilib. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib. Verilişdə eyni zamanda, Azərbaycanın inkişafından, turizm potensialından, Novruz bayramından, digər milli adət-ənənələrindəb geniş söhbət açılıb.
Proqramda apardığı tədqiqatlara da toxunan S.Nəsirov bu araşdırmalar nəticəsində ərəb mənbələrində olan 250 azərbaycanlı alim haqqında yazılar hazrıladığını bildirb. Təqdiqatçı-alim azərbaycanlıların Misirin inkişafında əvəzsiz rolundan, eləcə də Azərbaycan tarixində və mədəniyyətində ərəblərin təsirindən – onların Azərbaycana köçməsindən, Şirvanşahlar dövlətindən və Azərbaycanda bu günədək qalan ərəb mənşəli yer adlarından bəhs edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info