Mərkəzi Bankın yeni internet səhifəsi
Tarix: 31.05.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilib.
Müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan, innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanıb, Mərkəzi Bankın rəsmi internet ünvanı (www. cbar.az) yeni səhifəyə yönəldilib. Yenilənmiş səhifə eyni zamanda Nazirlər Kabinetinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin təsdiq edilməsi haqqında” Qərarından irəli gələn tələblərin reallaşdırılmasını da təmin edib. Mərkəzi Bankın yenilənmiş səhifəsinin hazırlanması prosesində ən qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübəsindən yararlanaraq internet səhifədə axtarış funksionallığı genişləndirilib, xüsusi naviqasiya imkanları yaradılıb, səhifənin dinamik əsasda daim zənginləşdirilməsi imkanları daha da artırılıb, əlavə məlumatların yerləşdirilməsi təmin edilib.
Yenilənmiş səhifənin “IPhone”, “Android”, “Black Berry” kimi yeni kommunikasiya cihazları üçün uyğunlaşdırılmış versiyaları mobil platformalarda saytın ziyarətçilərinə daha əlverişli istifadə imkanları verir. Mərkəzi Bankın internet səhifəsində əlamətdar hadisələri əks etdirən xüsusi səhifələrin açılması praktikası davam etdirilib və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi səhifə də öz əksini tapıb. Səhifədə yubiley münasibəti ilə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş silsilə tədbirlər haqqında geniş məlumatlar yerləşdirilib. Təhlükəsizliklə bağlı tələblərə də tam cavab verən yeni səhifənin məzmun etibarilə zənginləşdirilməsi və texnoloji baxımdan təkmilləşdirilməsi işləri daim diqqətdə saxlanılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info