Almaniyanın “G.U.N.T” şirkəti BANM ilə əməkdaşlığa böyük önəm verir
Tarix: 29.03.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur “G.U.N.T” şirkətinin satış və biznesin inkişafı üzrə direktoru Heiko Lentfer ilə görüşüb. Görüşdə, həmçinin “Caspian Lab” şirkətinin təchizat meneceri Səfa Hacıyev və BANM-in məsul əməkdaşları iştirak ediblər.
BANM-dən bildirilib ki, görüşdə Elmar Qasımov G.U.N.T şirkəti ilə əməkdaşlıqdan razı qaldığını və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksəkixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu deyib.
Heiko Lentfer isə qeyd edib ki, BANM “G.U.N.T” şirkətinin Qafqaz regionu üzrə ən böyük tərəfdaşıdır. O, şirkətin ali məktəblə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Tərəflər arasında aparılan müzakirələr zamanı əməkdaşlığın ehtiyac duyulan istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı BANM-in laboratoriyalarının istifadəsi və saxlanılması üzrə məsul əməkdaşlarına və müəllimlərinə “G.U.N.T” şirkəti tərəfindən təlimlərin keçirilməsi, ali məktəbin gələcəkdə tədqiqat laboratoriyaları ilə təchiz olunması və digər məsələlərə toxunulub, müəyyən razılıqlar əldə edilib.
Qeyd edək ki, BANM müxtəlif texnoloji avadanlıqların təchizatı üzrə ixtisaslaşan məşhur “G.U.N.T” şirkəti ilə 2011-ci ildən əməkdaşlığa başlayıb və bu müddət ərzində böyük işlər görülüb. Bakı Ali Neft Məktəbinin kampusu “G.U.N.T” şirkətinin tədris laboratoriyaları ilə ən yüksək səviyyədə təchiz olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info