Qlobal iqtisadiyyat: ÜDM artımı 3,2 faizə yüksələcək
Tarix: 30.03.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Tuğra Gönden:
“G eosiyasi risklərə baxmayaraq, Türkiyə Avropanın və dünyanın istehsal bazası olmaqda davam edəcək”


“Cushman & Wakefield” kommersiya konsaltinq firması tərəfindən hazırlanan “İstehsalat Riskləri İndeksi”nin araşdırmasına görə (2018) hazırda qlobal istehsalın əsas gücü Çindir. Araşdırmanın sürpriz ulduzu isə Litvadır.
“Sənaye 4.0” qlobal istehsal və emal sənayesinin dinamikasını yenidən müəyyənləşdirərkən, bir çox şirkətin gündəmə gətirdiyi ən vacib məsələ, istehsalın necə və harada həyata keçirilməsidir. “Cushman & Wakefield” firması hər il "İstehsalat Riskləri İndeksi" araşdırması ilə ölkələrin istehsal gücünü araşdırır. Cari ildə də istehsal baxımından ölkələr arasında ən əhəmiyyətli dəyişiklikləri ortaya çıxarıb. 42 fərqli ölkəni iqtisadi inkişafdan texnoloji tendensiyalara, maliyyə üstünlüklərindən işçi qüvvəsinə qədər qiymətləndirən tədqiqat, 2020-ci il istehsal sənayesi ilə bağlı əhəmiyyətli proqnozlar verir. Nəticələrə görə, qlobal iqtisadiyyat ABŞ-ın gələcək qlobal ticarət siyasəti və Avropadakı “Brexit”in nəticəsinin necə olacağı ilə bağlı Yaxın Şərq, Asiya və Latın Amerikasının bəzi bölgələrində yüksək geosiyasi risklərə baxmayaraq, yaxşıdır. Ötən il 2,9 faiz olan qlobal ÜDM artımının 2018-ci ildə 3,2 faizə yüksələcəyi gözlənilir. “Cushman & Wakefield”in hesabatına görə, 2020-ci ilədək ən böyük 60 qlobal iqtisadiyyatda istehsalın ÜDM-də payı 20 faizi keçəcək. Bu nəhəng artımda ən böyük pay Çinə aiddir. 2025-ci ilədək, Çinin istehsal sektoru ÜDM-in 30 faizini təşkil edəcək, bu isə avrozonada bu payın orta hesabla 17 faizə çatacağını göstərir. Regionda ən böyük pay isə 23 faizlə Almaniyaya aiddir. Çin, qlobal istehsal gücünü bir daha sübut etsə də, ötən illərdə qlobal sıralamada ən yüksəkdə yer alan Malayziya bu il Litvanın sürpriz yüksəlişi ilə üçüncü yerə düşüb. Buna baxmayaraq, Malayziya aşağı əmək xərcləri ilə önəmli mövqeyə malikdir. Gələcək beş ildə Asiyada əhalinin adambaşına düşən ÜDM-in 25 faiz artacağı proqnozlaşdırılır. Şərqi Avropada Litva ən cazibədar istehsal müəssisələrinin sıralamasında ikinci yeri tutur. Aşağı əmək xərcləri ilə fərqlənən Litvada bu rəqəm Polşaya nisbətən 14%, Çexiyadan isə 30% azdır. Qlobal əsasda Mərkəzi və Şərqi Avropanın (Çexiya, Slovakiya, Polşa, Macarıstan) iqtisadiyyatında əmək xərcləri Çin və Hindistandan iki dəfə yüksəkdir, lakin ABŞ-dan 60 faiz aşağıdır. Macarıstan regionda dərman istehsalında lider olaraq qalır.
İnfrastruktur sərmayələri və coğrafi mövqe üstünlüyü ilə Türkiyə, başda Avropan olmaqla dünyanın istehsal mərkəzi olmağa davam edir. Türkiyə ilə yanaşı, Rumıniya və Bolqarıstan da inkişaf etməkdə olan istehsal sayəsində mövqelərini gücləndirir. Sürətli təkamül keçirən iqtisadi, siyasi və texnoloji inkişafların ölkələrin istehsal bazarındakı mövqelərinə təsir etdiyini göstərən “Cushman & Wakefield”in tərəfdaşı Tuğra Gönden bildirib ki, getdikcə daha da rəqabətli olan qlobal istehsal sahəsində inkişafı davamlı etmək uzunmüddətli strategiya ilə mümkündür: “Avropa, Asiya, Rusiya və Afrikanın kəsişmə nöqtəsi olan Türkiyənin coğrafi mövqeyi və yüksək texnologiyaya sahib infrastruktur sərmayələri qlobal istehsal bazarı baxımından əhəmiyyətli üstünlüklər təqdim edir. Bununla yanaşı, yaşanan geosiyasi risklərə baxmayaraq, Türkiyə Avropanın və dünyanın istehsal bazası olmaqda davam edir. Türkiyənin mövqe və potensialını düzgün qiymətləndirərək yaxın gələcəkdə istehsalda parlayan bir ulduz olacağına inanıram”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info