“Proseslər Ermənistanı məhvə aparır”
Tarix: 30.03.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Levon Şirinyan:
“Zatulinin bəyanatları Ermənistanın ABŞ və NATO-ya qarşı çıxmasına hesablanıb”

“Sərkisyan və Kosaçev görüşlərində razılıq əldə etmədiyindən, bu dəfə Moskva Zatulini İrəvana göndərərək "yumşaq güc" tətbiq etməyə qərar verib”. Bu fikirlər erməni saytlarında yer alan məqalələrin əsas qayəsini təşkil edib.
Belə görünür ki, təlaşda olan Ermənistanı erməni xalqının “böyük dostu” olan Konstantin Zatulin də artıq bezdirib. Bunu Zatulinin Ermənistana gəlişi ilə bağlı erməni mətbuatında yer alan yazılar da təsdiq etməkdədir. "Təkcə Zatulinin bəyanatları bizim üçün o qədər də kifayət deyil. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğu ölkələrdə belə bəyanatları böyük səlahiyyət sahibləri verirlər. Məsələn, belə bir bəyanat prezident Putin və ya Dövlət Dumasının sədri adından verilsəydi, bu halda böyük önəm kəsb edərdi. Lakin belə bəyanatların mənasız olduğunu aprel döyüşlərində gördük”. Bu sözləri “1in.am” saytına açıqlamasında erməni politoloq Levon Şirinyan Zatulinin “Ermənistana olan hücuma Rusiyaya olan hücum kimi baxacağıq” bəyanatını şərh edərkən bildirib. Zatulinin “Rusiya Ermənistanı Cənubi Qafqazda özünün İsraili kimi” tanıdığını xatırladan Şirinyan bunun ölkəsi üçün o qədər də yaxşı gələcək vəd etmədiyini bildirir. Erməni politoloqa görə, unutmaq lazım deyil ki, bir çox ekstremal vəziyyətlərdə Ermənistan nüvə zərbəsinə hədəf ola bilər. O, bütün bunların Ermənistanı məhvə apara biləcəyini istisna etmir. Erməni politoloq hesab edir ki, Zatulinin bəyanatları Ermənistanın ABŞ və NATO-ya qarşı çıxmasına hesablanıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info