“Bioxen” şampun və serumlarının saxta reklamına aldanmayın
Tarix: 31.05.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində monitorinqlər aparıb.
Nazirliyin Mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər zamanı “TREKA-2009” MMC-yə məxsus “www.bioxen.az” saytında test nəticələrinə istinadla yayımlanan reklamda “Bioxen” şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının alınmasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edilib. Aparılan araşdırmalar zamanı isə əslində testdə “Bioxen” şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilib.
Lakin “TREKA-2009” MMC tərəfindən “www.bioxen.az” saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilib, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkar olunub. Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə “TREKA-2009” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info