Musa Qasımlı: “Quba məzarlığı soyqırımın əyani sübutudur”
Tarix: 30.03.2018 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib”

UNEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktiki konfrans keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov erməni millətçilərinin əsrlər boyu “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini bildirib. Tarixi mənbələrdə ermənilərin qul olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu diqqətə çatdıran rektor onların xarici havadarların köməyi ilə əzəli torpaqlarımızın işğalını öz məqsədlərinə çevirdiklərini vurğulayıb. O, Azərbaycan torpaqlarında törədilmiş erməni soyqırımlarına qarşı xalqımızın birgə mübarizə aparmasının vacibliyindən danışıb.
Aparılan uğurlu siyasət nəticəsində dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə 155 ölkənin səs verdiyini xüsusi vurğulayan rektor, bununla həmin ölkələrin dövlətimizə və onun siyasətinə öz dəstəyini nümayiş etdirdiklərini qeyd edib. Rektor ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncamı mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addım olduğunu diqqətə çatdırıb. Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandıraraq, bu soyqırımın törədilməsi səbəblərini açıqlayıb, ağır nəticələrindən danışıb. Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Quba şəhərində aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib. Millət vəkili bildirib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. O, yalnız 1998-ci il martın 26-da Ümummilli liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırıb. UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov mart soyqırımının tarixi kökləri, xarakteri və miqyası haqqında danışıb, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolunu vurğulayıb. Tədbirdə 1918-ci ilin Mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info