Bakıda tarixi irsin müasirliklə uzlaşdırılması gözəl nümunədir
Tarix: 30.03.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını deyib və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezidentə minnətdarlığını və təbriklərini çatdırıb. Tomas Vonier bildirib ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O deyib ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir. “Bakı çox gözəl şəhərdir”, - deyən Tomas Vonier həmkarlarının ilk dəfə burada olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğulayıb. Bakı Bulvarının, şəhərdəki işıqlandırmanın xüsusi gözəlliyə malik olduğunu qeyd edən qonaq bütün bu inkişaf proseslərinin təcrübə mübadiləsi baxımından böyük maraq doğurduğunu deyib. Dövlət başçısı Bakının xeyli sayda tarixi abidələrə malik qədim bir şəhər olduğunu qeyd edərək bütün bunların milli sərvətimizin bir hissəsini təşkil etdiyini vurğulayıb. Prezident bu baxımdan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin böyük memarlıq dəyərinə malik olduğunu bildirərək deyib ki, əsas məqsəd bu tarixi irsi qorumaqla bərabər, yeni inşa edilən müasir binaların şəhərin tarixi hissəsi ilə həmahəngliyini təmin etməkdən ibarət idi. Bakı Bulvarının inkişafına toxunan Prezident bu tarixi arxitektura nümunəsinin 100 il bundan öncə inşa edildiyi zaman uzunluğunun 3,5 kilometr olduğunu bildirərək hazırda bulvarın uzunluğunun 16 kilometrə çatdığını, əhalinin və qonaqların ən sevimli istirahət yerlərindən birinə çevrildiyini məmnunluqla vurğulayıb. Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan Prezidentinin birbaşa himayəsi altında Bakıda həyata keçirilən inkişaf proseslərinin bir nümunə olduğunu qeyd edib. Quruma üzv ölkələrdən olan memarların Bakıya səfəri zamanı çox şey öyrənə biləcəklərinə ümid etdiyini deyən Tomas Vonier paytaxtımızın bu baxımdan uğurlu məkan olduğunu bildirib. Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən qonaq vurğulayıb ki, əfsuslar ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info