“Sifariş sarıdan narazılığım yoxdur”
Tarix: 30.03.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Şərq, eləcə də türkdilli xalqların qədim simli musiqi alətlərindən olan tənbur respublikamızın şimal-qərb bölgəsində, xüsusilə Zaqatala və Balakən rayonlarında yaşayan azsaylı xalqlar arasında geniş yayılıb. Bu rayonlarda tənburun mahir ifaçıları, həmçinin tənbur aləti düzəldən usta sənətkarlar var. Haqqında söhbət açacağımız Zaqatala rayonunun Danaçı kəndində yaşayan tənbur ustası, avar xalqının nümayəndəsi İsmayıl Meqjiyevi digərlərindən fərqləndirən bir cəhət var. 15 il əvvəl xəstələnərək iflic olan, nəticədə sağ qolu tamamilə hərəkətdən qalan İsmayıl usta bir əli ilə gözəl tənbur alətləri hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün 63-cü baharına qədəm qoyan İsmayıl usta uşaq yaşlarında idmanın güləş və ağırlıqqaldırma növləri ilə məşğul olub. Gənclik illərində isə tənbur ifaçılığına maraq göstərib. 2003-cü ildə keçirdiyi ağır xəstəlikdən sonra İsmayılın sağ qolu tamamilə iflic olub. Ağır xəstəliyə düçar olmasına baxmayaraq, heç kimə möhtac qalmamaq üçün o, bir müddət sonra bir əli ilə tənbur aləti düzəltməyə başlayıb. Tezliklə İsmayıl Meqjiyev Zaqatala rayonunda tənbur ustası kimi məşhurlaşıb.
Usta deyir ki, tənbur alətini əsasən tut, söyüd və qoz ağaclarından hazırlayır. Qoz ağacından düzəldilən alətlərin səsi bəm, tut ağacından hazırlananlar isə zil səsli olur. Tək əllə işlədiyi üçün alətin hazırlanması bir aya başa gəlir. “Sifariş sarıdan heç bir narazılığım yoxdur. Zaqatalanın hər yerindən gəlib sifariş edirlər. Qiymətlər 100-200 manat arasında dəyişir. Alətin keyfiyyətinə baxıb qiymət qoyuram. Alıcının imkanı yoxdursa, güzəşt də edirəm, pay da verirəm”, - deyə İsmayıl usta bildirib. Ümumiyyətlə, sənətkar indiyədək sifarişlər əsasında 200-dən çox tənbur aləti düzəldib.
İsmayıl ustanın dörd oğlu, bir qızı var. Övladlarından yalnız kiçik oğlu tənbur çalmağa maraq göstərir.
Qeyd edək ki, tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla – baş və şəhadət barmaqları ilə çalınmasıdır. Alətin özünəməxsus səs ahəngi var. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qətran Təbrizi və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlara rast gəlmək olar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info