Səbaildə “Son zəng”
Tarix: 01.06.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Son zəng” tədbirləri ənənəvi olaraq Səbail rayonunun 18 orta məktəbində təntənəli şəkildə qeyd olunub. Rayonda 18 orta, 1 orta-ixtisas, 1 peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 20 məktəbəqədər təhsil müəssisəsi, 2 uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2075 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzun olub.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksində keçirilən “son zəng” tədbirləri xüsusi təntənə ilə təşkil olunub. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Bu il məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəri qızıl medala namizəddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfər qızıl və 1 nəfər gümüş medala layiq görülüb. “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş Kompleksdə bu gün 300 nəfər işçi çalışır ki, onların 197-si müəllimdir. Pedaqoji işçilərin 2-si elmlər namizədi, 6-sı Əməkdar müəllimdir. Kompleksin 11 müəllimi «Ən yaxşı müəllim» müsabiqəsinin qaliblərindəndir. “Son zəng” tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Rayonun qocaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb bu il özünün 66-cı buraxılışını keçirib. Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlət başçısı tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışaraq məzunlara uğurlar arzulayıb. Rayonun digər məktəblərində də “Son zəng” tədbirləri yüksək səviyyədə keçirilib.
Nigar







 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info