Əkin sahələrinin su ilə təminatı mühüm şərtdir
Tarix: 30.03.2018 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Qazax rayonunda son illər kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunub. Taxılçılıq, kartofçuluq sahələrində əldə edilmiş yüksək məhsuldarlıq buna sübutdur. Taxılçılıqda hektardan məhsuldarlıq 36 sentnerə, kartofçuluqda isə 272 sentnerə çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni açaraq Qazaxda kənd təsərrüfatının mövcud durumundan, bu sahədə əldə edilən nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edib ki, cari ildə əkin sahələri daha da genişləndirilərək rekord həddə çatıb. Bu ilin məhsulu üçün 20 min hektar sahədə əkin aparılıb.
Rəcəb Babaşov bildirib ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün qarşıda duran ən mühüm vəzifə əkin sahələrinin su ilə tam təmin olunmasıdır. Ötən il havaların quraq keçməsinə baxmayaraq, rayon Suvarma Sistemləri İdarəsinin səyi və itkiyə yol verilməməsi nəticəsində demək olar ki, ciddi bir problem yaşanmayıb. Əkin sahələrinin su ilə təmin olunması istiqamətində görülən ən mühüm işlərdən biri də su kanalları və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır. Bu məqsədlə 262,84 kilometr arx və kanal təmizlənib.
Müşavirədə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Ağstafaçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Yusif Nəsibov, Tovuz Subartezian Quyularının İstismar İdarəsinin rəisi Elxan Əsgərov və başqaları çıxış edərək əkinlərin su ilə tam təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.
Diqqətə çatdırılıb ki, rayonda 165 subartezian quyusu fəaliyyət göstərir. Dövlətimizin başçısının sərəncamına əsasən bu il daha 11 artezian quyusu qazılacaq. Bu da əkinlərin normal suvarma suyu ilə təminatına möhkəm zəmin yaradacaq.
Müşavirədə kənd təsərrüfatı sahəsində görülən işləri sürətləndirmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info