Cins heyvanların Azərbaycana idxalı üçün növbəti seçim aparılıb
Tarix: 30.03.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xaricdən gətirilən damazlıq heyvanlar lizinq yolu ilə yerli sahibkar fermerlərə verilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” ASC-nin mütəxəssisləri, eləcə də azərbaycanlı fermerlərdən ibarət heyət cins heyvanların seçimi üçün Avstriyada olublar. Avstriyanın Rid im İnnkrays qəsəbəsində yerləşən fermer təsərrüfatında Azərbaycan sahibkarları üçün növbəti dəfə “Simmental” cins ətlik-südlük heyvanların alınması ilə bağlı seçim aparılıb.
“Aqrolizinq” ASC-nin mütəxəssisləri bildiriblər ki, güzəştli şəkildə lizinq yolu ilə alacağı heyvanları ölkəyə idxal olunmamışdan öncə yerli fermerlərin özlərinin seçim etmələrinə imkan yaradılıb. Alınacaq heyvanları yerli sahibkarlar yerindəcə özü seçir. İstər ətlik, istərsə də südlük istiqamətində məhsuldarlığı yüksək olan bu heyvanları saxlamaq fermer üçün daha gəlirlidir.
Rid im İnnkrays qəsəbəsində yerləşən fermer təsərrüfatının mütəxəssisləri isə bildiriblər ki, bu qəsəbədə yerləşən “Simmental” yetişdirmə mərkəzi Avstriyanın bu cins üzrə ən tanınmış mal-qara təsərrüfatlarından biridir və 125 illik ənənəyə sahibdir. Bu cins ikili istifadə üçün olan ən yaxşı inək növüdür. Onlar həm çox süd verir, həm də ət istehsalı üçün nəzərdə tutulub. Bu iməklər müxtəlif təbii şəraitdə və iqtisadi məqsədlər üçün yetişdirilə bilirlər. Buna görə son illər bütün ölkələrdən olan müştərilər, o cümlədən Türkiyə, Rusiya və həmçinin Azərbaycandan olan fermerlər, simmentallara üstünlük verir.
Qeyd edilməlidir ki, heyvanların Azərbaycanda yerli fermerlərə satışı zamanı fermerlərin təcrübəsi, heyvanların saxlanılma şəraiti əsas götürülür. Heyvanların tam dəyəri 3 il müddətinə hər il 2 faiz olmaqla sığorta olunur və sahibkar tərəfindən tam şəkildə heyvan lizinqə götürülərkən ödənilir.
Damazlıq heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar alacağı hər bir baş iribuynuzlu heyvanın dəyərindən avans ödəyərək cəmiyyətlə ilkin müqavilə bağlayır. Heyvanlar ölkəyə gətirilib karantin keçdikdən sonra damazlıq heyvanın lizinqə verilməsi barədə sahibkarla lizinq müqaviləsi bağlanılır. Bu zaman sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini (əvvəlcədən ödənilmiş avans məbləği nəzərə alınmaqla) ilkin ödəniş edir. Güzəştli dəyərin qalan 50 faiz məbləği isə sahibkar tərəfindən cəmiyyətin hesabına rüblər üzrə 3 il müddətinə ödənilir.
Mal-qara Azərbaycana idxal edildikdən sonra bir ay ərzində karantində saxlanılır və burada da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nəzarəti altında olur. Qeyd edilməlidir ki, “Aqrolizinq” ASC tərəfındın 2018-ci ilədək 30 minə yaxın yüksək məhsuldar cins damazlıq heyvan ölkəmizə idxal olunaraq yerli heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə satılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info