Gənc nəsil 31 Mart soyqırımı ilə bağlı həqiqətləri dərindən öyrənməlidir
Tarix: 30.03.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Martın 30-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra azərbaycanlıların soyqırımına dair sənədli film nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək bildirib ki, konfrans “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına, “Azərbaycan gəncliyi 2017-2020-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına əsasən keçirilir.
Qeyd edilib ki, artıq Quba, Şamaxı, Xaçmaz və Şirvan da daxil olmaqla 15 şəhər və rayonun fəal gənclərinin iştirakı ilə silsilə konfranslar keçirilib. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası ilə birgə sosial şəbəkələrdə geniş təbliğat işi aparır. Məqsəd azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə gənclərə ətraflı məlumat verməkdir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və başqaları ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib, Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını bildiriblər. Çıxışlarda erməni terrorçuları tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətinin açıqlanaraq daha geniş ictimaiyyətə çatdırılmasının və bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info