Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkir və Tovuz rayonlarında seminarlar keçirib
Tarix: 30.03.2018 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.
“Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda Şəmkir rayonunda təşkil olunan seminarda bu rayonda, habelə Gədəbəy, Daşkəsən rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Seminarda qeyd olunub ki, əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir.
Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri, hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması, əməyin ödənilməsi normaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb.
Tovuz rayonunda keçirilən seminar isə “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna aid olub. Ombudsmanın Gəncə Regional Mərkəzinin, Tovuz rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin və Tovuz, Qazax, Ağstafa rayonları üzrə ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin Əmək Məcəlləsi hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunmasını qadağan edir. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 saylı və “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyalarına qoşulduğu, milli qanunvericiliyin də bu Konvensiyalara uyğunlaşdırıldığı da vurğulanıb.
Hər iki seminarda iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info