Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxardı”
Tarix: 30.03.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“1918-ci il 31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”. APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Suxumi Dövlət Universitetinin professoru, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününün 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Ekspert bildirib ki, 1918-ci il soyqırımında ermənilər azərbaycanlı qonşularını qocaya, uşağa baxmadan gecə ikən qətlə yetiriblər: “Soyqırımını törədənlərin cəzasızlığı sonra Xocalı və Abxaziyadakı qətliamlara gətirib çıxardı. Soyqırımı ilə bağlı həqiqətlər üzə çıxarılmalıdır. Bu istiqamətdə Azərbaycan və Gürcüstanın tarixçiləri və cəmiyyətin bütün üzvləri fəal olmalıdırlar”.
Q. Marxuliya bildirib ki, əgər Gürcüstana qarşı müharibə başlasa, ermənilər dövlətin tərəfində olmayacaq: “Ermənilər istənilən vaxt Gürcüstana xəyanət etməyə hazırdırlar. İndi ermənilər Tbilisinin mərkəzində gürcü kilsəsinin onlara məxsus olduğunu iddia edirlər. Həmin kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur”.
Politoloq hesab edir ki, Ermənistandan gələn təhdidlərə qarşı Azərbaycan və Gürcüstan birgə mübarizə aparmalıdır: “Güc birlikdədir. Azərbaycan və Gürcüstan federativ ittifaq yaradaraq gücləri birləşdirə və tarixi həqiqətlərin üzə çıxarılması uğrunda birgə mübarizə apara bilər”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info