“MEK-də 1918-ci il mart soyqırımına həsr olunmuş sərgi təşkil olunub“
Tarix: 30.03.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mьhafizə olunan “31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı tцrədilmiş soyqırım”, “Soyqırım tarixinin dastanı”, “Soyqırım cinayəti”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı”, “1918-ci il qırğınları; Tarixi araşdırmalar”, “Quba məzarlığı: Erməni cinayətlərinin qanlı izi”, “31 Mart Vakası”, “Erməni cinayətləri sənədlər əsasında”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Erməni terroru” və s. kimi soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nьmayiş olunur. Məlumat ьзьn bildirək ki, Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mцvcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımla bağlı MEK əməkdaşları tərəfindən “31 Mart Azərbaycanlıların Soyqırımı Gьnь” adlı sənədli film də hazırlanıb və filmin nьmayişi Sərgi salonunda, MEK monitorlarında və kitabxananın oxucular ucun nəzərdə tutulmuş digər məkanlarında təmin edilib.
Mərkəzi Elmi Kitabxanadakı sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı зərзivəsində təşkil edilib. Bu tarix 1998-ci ildən etibarən Azərbaycanlıların soyqırımı gьnь kimi qeyd edilir. 1998-ci il martın 26-da ьmummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Gьnь” elan edilib. Qeyd edək ki, MEK soyqırım mцvzusunda hər il sərgilər təşkil edir, tərəfdaş təşkilatlara soyqırımla bağlı tədbirlərin, sərgilərin kecirilməsində təşkilati və informasiya dəstəyi verir.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info