Suriyada Türkiyəyə qarşı yeni cəbhə açılır: Yeliseydən şok gediş
Tarix: 31.03.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ərdoğandan sərt cavab:
“Ayn əl-Ərəb, Tel-Abyad, Rəsulayn və Haseke kimi İraq sərhədinə doğru olan bölgələri də terrordan təmizləmək üçün hazırlıqlara başlanılıb”

Son günlər Fransa dövlət başçısı Emmanuel Makronun ABŞ dövlət başçısı Donald Tramp və Türkiyə dövlət başçısı Ərdoğanla ardıcıl telefon danışıqlarının əsl mahiyyəti üzə çıxıb. Fransa Suriyada, daha konkret desək, Suriyanın şimalında yeni rol oynamağa hazırlaşır.
Türkiyənin mübarizə apardığı terror təşkilatına qarşı ABŞ tərəfindən göstərilən dəstək, bu dəfə Fransanın dəstəyi ilə əvəzlənəcək. Afrini terrorçulardan azad edən Türkiyənin növbəti hədəfi İraqda Sincar, Suriyada Menbiçdir. Məlum olub ki, Fransa Menbiçə, terrorçuları qorumaq üçün xüsusi təyinatlı birləşmə göndərəcək. Fransanın “Parisen” nəşrinin yaydığı xəbər şok effekti yaradıb. Suriyanın şimalında olan terror təşkilatlarını pərdələmək üçün ABŞ qondarma “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı təşkilat yaradıb. Həmin təşkilat, yəni Türkiyəyə qarşı savaşan PKK-nın Suriya qolu YPG/PYD üzvləri Yelisey sarayında Fransa dövlət başçısı tərəfindən qəbul edilib. Maraqlıdır ki, həmin qəbulla eyni vaxtda PKK terrorçuları Türkiyədə yol çəkən inşaatçılara hücum ediblər. Digər hücumda 6 təhlükəsizlik əməkdaşı həlak olub, 3 mühafizəçi və 4 əsgər yaralanıb. Makronla görüşdən sonra SDQ üzvü “Parisen” nəşrinə bildirib ki, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Menbiç bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.

“Parisen”:
“Fransa Menbiçə xüsusi təyinatlı birləşmə göndərəcək”

Qeyd edək ki, iki gün əvvəl Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Menbiçdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib. Yelisey sarayının açıqlamasında Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsi dəstəklənib. Amma Fransa elan edib ki, SDQ terror təşkilatı deyil və həmin qurumla Türkiyə arasında vasitəçilik edə bilər. Proses ABŞ-la koordinasiyalı şəkildə həyata keçirilir. Belə ki, bir neçə gün əvvəl Trampla Makron arasında telefon danışığı olub. Makronun SDQ üzvlərini qəbul etdiyi gün Donald Tramp elan edib ki, ABŞ tezliklə Suriyanı tərk edəcək: “Biz “İŞİD”-i məhv etməkdəyik, biz tezliklə Suriyanı tərk edəcəyik. İndi qoy başqaları bunun qayğısına qalsın. Biz isə öz ölkəmizə qayıdacağıq. “İŞİD” “zəbt etdiyi ərazilərin 100 faizində nəzarəti itirəcək”. Deməli, razılaşmaya əsasən ABŞ Menbiçdəki mövqelərini fransızlara təhvil verərək Ankarana Parislə üz-üzə qoyacaq. Təbii ki, Ankara Yelisey görüşünə sərt reaksiya ortaya qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: “Ey Qərb, sizin “SDQ” dediyiniz Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Guya, onlar PKK deyilmiş. Bununla bizi aldatmağa çalışırsınız, halbuki biz onların hamısının təməlini bilirik. Hamısının kimliyi, ünvanları bizdə var. Deyirlər YPG-yə dəstək təminatı verdik.

“Suriyada canını qurtaran terrorçular Avropaya doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”

Sözə bax. Türkiyə ilə SDQ arasında vasitəçilik edə biləcəklərinə dair yayılan xəbər əgər doğrudursa, bunu söyləyən şəxsin həddini və boyunu aşan bir sözdür. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyə nə zamandan bəri terror təşkilatları ilə masaya oturub? Bunu haradan çıxarırsınız? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiyə arasında vasitəçilik ifadəsini səsləndirirsiniz? Bunların dostu YPG bölgəmizdəki ən əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Bu mövqeyindən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini tez-gec anlayacaqlar. Suriyada canını qurtaran terrorçular Avropaya doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”. Ərdoğan Makronla son telefon danışığına da toxunub: “Gördüm qəribə şeylər söyləyir, ona yüksək dalğadan cavab verdim”. Ərdoğan elan edib ki, Ayn əl-Ərəb, Tel-Abyad, Rəsulayn və Haseke kimi İraq sərhədinə doğru olan bölgələri də terrordan təmizləmək üçün hazırlıqlara başlanılıb.
Son məlumatlara görə, Fransa hökuməti açıqlama verərək Suriyanın şimalında əməliyyat keçirmək planlarının olmadığını elan edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info