1000 məntəqədə veb-kamera quraşdırılacaq
Tarix: 31.03.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının iclasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində məntəqələrdə veb-kameralardan istifadə məsələsi müzakirəyə çıxarılıb. Məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.
N. Məmmədov bildirib ki, 2008-ci ildən Azərbaycanda seçkilərdə veb-kameralardan istifadə edilir. O qeyd edib ki, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən prezident seçkiləri ilə əlaqədar işğal olunmuş ərazilərdə yerləşən 6 seçki dairənin ərazisi istisna ilə, Azərbaycanın bütün coğrafiyasını əhatə etməklə, 119 seçki dairəsindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılır: "Prezident seçkilərində ümumən 1000 məntəqədə veb-kamera olacaq. Seçki günü dünyanın istənilən nöqtəsindən bu veb-kameralar vasitəsilə Azərbaycanda səsvermə prosesini izləmək olar. Adətən, səsvermə günü seçki məntəqələrinin 15 faizə qədərində müşahidə aparmaqla, seçkilərə qiymət verilir. Ancaq 1000 məntəqə seçki məntəqələrinin 20 faizini əhatə edir. Bu, Azərbaycan təcrübəsidir, seçkilərin şəffaflığı ilə bağlı atılmış mühüm addımdır".
MSK katibi Mikayıl Rəhimli seçkilərdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının artırılmasını vacib sayıb və bunun seçki məntəqələrində səsvermə ilə bağlı şikayətlərin araşdırılmasını asanlaşdıracağını söyləyib. MSK sədri M. Pənahov deyib ki, veb-kameralar quraşdırılan seçki məntəqələri 20 faiz təşkil edir və bu, dünyada seçkilərə qiymət vermək üçün yetərli sayılır: "Ancaq gələcəkdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin artırılmasını arzulamaq da yaxşı bir haldır".
MSK-nın iclasında prezident seçkilərində 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameraların quraşdırılması və veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısının rəsmi dərc edilməsi barədə qərar qəbul edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info