18 biznes-inkubator arasında memorandum imzalanıb.
Tarix: 31.03.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafının təmin edilməsi üçün həyata keçirilən kompleks tədbirlər, sistemli və ardıcıl islahatlar barədə məlumat verib. Sahib Məmmədov biznes-inkubatorların yaradılması və inkişaf etdirilməsi, innovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülmüş işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib. Bildirilib ki, biznes-inkubatorların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq komissiya yaradılıb. Biznes-inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi və iri sahibkarlıq subyektləri tərəfindən innovativyönümlü startaplara dəstək verilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Tədbirdə çıxış edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov agentliyin və onun tərkibində Kiçik və Orta Sahibkarlıq evlərinin yaradılmasının sahibkarlığın, eləcə də biznes-inkubatorların inkişafında, startapların dəstəklənməsində rolundan danışıb. Sonda 18 biznes-inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.
Anar





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info