“Sürətlə inkişaf edən Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib”
Tarix: 01.06.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2015-ci ildə Bakıda keçiriləcək

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət nazirlərinin ilk görüşü keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin moderatorluq etdiyi görüşün əsas məqsədi 2015-ci ildə yenidən Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumuna hazırlıq işlərini müzakirə etmək, qarşıdan gələn iki il ərzində mədəniyyətlərarası dialoqa dair Fəaliyyət Planını qəbul etməkdir. Nazir növbəti forumun 2015-ci ildə yenidən Bakıda keçiriləcəyini deyib. Görüş zamanı həmçinin "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" mövzusunda müzakirələr keçirilib.

Sülh və sabitlik üçün dialoq gücləndirilməlidir

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Naser Əbdüləziz əl- Nassir ilk öncə Azərbaycan hökumətinə bu cür möhtəşəm foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib: "Mən bu forumun çox yüksək səviyyədə təşkil edilməsinə heyranam. Bu forum mədəniyyətlər arasında etimad və etibar yaradan bir tədbirdir. Biz daim çalışmalıyıq ki, bu kimi forumlar vasitəsilə insanlara dəstək olaq". O, qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqəti üzərinə cəlb edib. BMT rəsmisi bildirib ki, güclü və etibarlı tərəfdaş kimi Azərbaycan bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirir. Bu baxımdan Azərbaycanın dünyanın ən nəhəng beynəlxalq hökumətlərarası təşkilatı olan BMT ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.
Nassir Əbdüləziz əl-Nasser qeyd edib ki, sülh, əmin-amanlıq və sabitlik insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət əsasında qurulan münasibətləri tələb edir. Tolerantlığın, qarşılıqlı anlaşmanın hökm sürməsi üçün mədəniyyətlərarası və dinlərarası dialoqu daha da gücləndirməyin vacibliyini vurğulayan ali nümayəndə Azərbaycan ilə BMT arasındakı əlaqələri yüksək qiymətləndirib. Forumun əhəmiyyətindən danışan Nassir Əbdüləziz əl-Nasser mötəbər tədbirin Şərq və Qərb mədəniyyətlərinin vəhdət təşkil etdiyi Bakıda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib.

Litvanın mədəniyyət naziri: “Qloballaşan dünyada öz mədəniyyətimizi
qorumalıyıq”


Latviyanın mədəniyyət naziri xanım Janet Yaunzete söz alaraq vurğulayıb ki, mədəniyyətlər arasında dəyərlər sistemi haqqında danışmaq hər birimiz üçün önəmli məsələdir: "Mən hardan gəlmişəm, mənim mənşəyim hardandır? Bu istiqamətdə digər xalqların nümayəndələri də bir-birinə qarşı mədəni davranmalıdırlar." Latviya mədəniyyəti dünya xalqları ilə yaxın münasibətlər qurmaqda davam edir. Bu, mədəniyyətlərarası tolerantlığın nümunəsidir".
Litvanın mədəniyyət naziri Arunas Gelunas isə bildirib ki, mədəniyyətlərin müxtəlifliyi prinsiplərinə əsaslanmalıyıq, çünki bu, insanlarası münasibətlər üçün geniş imkanlar yaradır. O, həmçinin insanların və fərdlərin arasında mədəni əlaqələrin yaradılmasının mühüm olduğunu qeyd edib: "Biz, həmçinin qloballaşan dünyada öz mədəniyyətimizi qorumalıyıq və bununla yanaşı, digər mədəniyyətlərə açıq olmalıyıq. Biz 21-ci əsr üçün mədəniyyətlərarası vərdişlər yaratmalıyıq."
TÜRKSOY-un sədri Duysen Kaseinovun sözlərinə görə, Rusiyanın tərkibində muxtariyyət hüququ qazanan 6 türk xalqı və Moldovanın tərkibində olan qaqauzlar bu təşkilatın üzvləridir: "Biz istər Novruz bayramını, istərsə də yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin keçirdikləri tədbirləri daim diqqət mərkəzində saxlayırıq. TÜRKSOY yarananda Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl demişdi: "Bütün türkdilli xalqların nazirləri müstəqillik əldə edəndən sonra belə təşkilat yaratmaq istəyirdilər. Yalnız mədəniyyət nazirləri buna müvəffəq oldular".
Daha sonra digər çıxış edənlər forumun əhəmiyyətindən danışıblar. İclasda dünyanın 40-dan artıq ölkəsindən nümayəndələr iştirak edirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info