Heydər Əliyev Fondu Kemerovaya yardım göndərib
Tarix: 31.03.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.
Fonddan Trend-ə verilən məlumata görə, yardım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Kemerovaya çatdırılıb.
Əsrlər boyu Azərbaycan ilə Rusiyanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayıb. Hər iki xalq həmişə ağır günlərdə bir-birini dəstəkləyib.
Heydər Əliyev Fondu Kemerovodakı faciənin acısını paylaşmaq, həlak olanların ailələrinin kədərini bölüşmək və zərərçəkənlərə dəstək məqsədilə yardım təşəbbüsü ilə çıxış edib. Azərbaycan hökuməti Fondun bu təşəbbüsünü dəstəkləyib.
Martın 30-da yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bütün Azərbaycan xalqı adından faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib və xalqımızın zərərçəkənlərin yanında olduğu bildirilib.
Fondun əməkdaşları faciə qurbanlarının xatirəsinə ehtiram olaraq memorial əraziyə gələrək gül dəstələri qoyublar.
Yardımın ailələrə çatdırılması bu gün də davam edəcək.
Xatırladaq ki, martın 25-də Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş verən yanğın nəticəsində 60-dan çox insan həlak olub. Ölənlərin əksəriyyəti uşaqlardır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info