Azərbaycandan xaricə pul köçürmələrinin azalmasının səbəbi açıqlanıb
Tarix: 31.03.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


2017-ci ildə neft-qaz sektoru üzrə 1 846,8 mln. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollar profisit olub
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd.dollar olub. Bunun 70%-i (3 mlrd.dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln.dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln.dollar) təşkil edir
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,1 mlrd. dollar, ödənişlər isə 404,3 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 020,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 mln. dollar olub. (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb). Nəticədə pul baratları üzrə 677,3 mln.dollar müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708,6 mln. dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info