Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında seminar-treninq təşkil olunub
Tarix: 31.03.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Seçkilərin keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Bu məqsədlə ölkəmizdə bütün digər vasitələrlə yanaşı, müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kameralar quraşdırılmış seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri, həmçinin seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan qapalı seçki məntəqələrinin sədrləri ilə keçirilən seminar-treninqdə çıxış edən muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bu barədə danışıb. O, aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən ətraflı bəhs edib.
Məhərrəm Qasımov bildirib ki, səsvermə günü istənilən internet istifadəçisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla, səsvermənin gedişini canlı izləyə bilər. Muxtar respublikadakı seçki məntəqələrində veb-kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun olaraq təşkil edilib.
Mərkəzi Seçki Komissiyasının sədri seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə də məlumat verərək bildirib ki, bu vəzifələrin düzgün icra edilməsi və səsvermə protokollarının qanunauyğun doldurulması səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir. Məhərrəm Qasımov çıxışında vətəndaşların səsvermə hüququndan istifadə edə bilməsi, seçkilərin mütəşəkkil və demokratik şəkildə keçirilməsi, səsvermə kabinələrinin təşkili, təkrar səsvermə və başqa seçici əvəzindən seçki bülleteni doldurmaq cəhdlərinin qarşısının alınması, seçki bülletenini müstəqil doldurmaq imkanı olmayan bəzi vətəndaşların digər şəxsin köməyindən istifadə etməsi üçün şərait yaradılması ilə bağlı məntəqə seçki komissiyası üzvlərinin qarşısında duran vəzifələrdən danışıb.
Seminarda seçki məntəqəsində səslərin hesablanması barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov bildirib ki, səsvermə müddəti başa çatdıqda seçki məntəqəsində yalnız səslərin hesablanmasını izləmək səlahiyyəti olan şəxslər qala bilər.
İştirakçılara istifadə edilməmiş seçki bülletenlərinin ləğvi, seçki qutularının açılması, daşınan və daşınmaz seçki qutuları üzrə səslərin hesablanma qaydaları, səsin hansı halda etibarsız hesab edilməsi, qanuniləşdirilməsi, etibarsız bülletenlərin ayrıca yığılıb bağlanması qaydaları barədə ətraflı məlumat verilib.
6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasının üzvü Babək Məmmədov səsvermənin nəticələrinə dair yekun protokolunun doldurulması qaydalarını izah edərək diqqətə çatdırıb ki, məntəqə seçki komissiyasının protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış üç nüsxədən ibarət xüsusi dövlət sənədidir. Nüsxələrdən biri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, digəri müvafiq dairə seçki komissiyasına təhvil verilir. Üçüncüsü isə məntəqədə məlumat lövhəsindən asılır.
Sonra məntəqə seçki komissiyası protokolunun doldurulma qaydası slaydlarla bəndlər üzrə ətraflı izah edilib. Protokolun doldurulma qaydasının komissiya üzvləri tərəfindən tam mənimsənilməsi üçün hər bir bənd üzrə izahlar verilib, seçki komissiyaları üzvlərinin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info