Moskva və Ankaranın əməkdaşlığı regiona müsbət təsir göstərir
Tarix: 31.03.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Ankara və Moskvanın dialoqu region ölkələri, o cümlədən Balkan dövlətləri üçün üstünlükdür.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfərinin nəticələri barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Ankaranın Moskva ilə əlaqələri regiona yalnız müsbət təsir göstərir”, - deyə Binəli Yıldırım qeyd edib. Onun sözlərinə görə, Türkiyə və Rusiya iki qonşu ölkədir və onların münasibətləri regiondakı proseslərə mənfi təsir göstərə bilməz. Baş nazir, həmçinin vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında dialoq Ankara və Vaşinqton arasında gərginliyə səbəb olmayacaq.
“Rusiya ilə münasibətlər başqa, ABŞ-la əlaqələr isə tamam başqadır. Türkiyə Balkanlarda, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır. Humanitar dramlar və qaçqın axınları dayanmalıdır”, - deyə o bildirib.
Bununla yanaşı, Türkiyə hökumətinin başçısı Suriya məsələsində Vaşinqtonla fikir ayrılıqlarının olduğunu da qeyd edərək deyib: “Vaşinqton Suriyada Ankaranın terror qruplaşması hesab etdiyi qüvvələrlə əməkdaşlıq edir. Türkiyə tərəfi hər dəfə bunu ABŞ-a xatırladır”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info