Erməni acizliyinin etirafı
Tarix: 01.04.2018 | Saat: 02:36:00 | E-mail | Çapa göndər



Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirdiyi hərbi bazasında hərbi polis bölmələrinin formalaşdırması ermənilər tərəfindən birtərəfli qarşılanmayıb.
Məsələ bundadır ki, Ermənistan tərəfi Gümrüdəki hərbi hissədə hansı qanunvericilik bazasının hazırlanması barədə müzakirələr apararkən, Rusiya hərbi polisi ermənilərin icazəsini belə gözləmədən artıq Ermənistanda fəaliyyətə başlayıblar. Ermənilərin “Haykakan Jamanak” nəşrinin yazdığına görə, artıq bir neçə gündür ki, rusiyalı hərbi polislər Gümrü küçələrində sərbəst şəkildə gəzməkdədirlər.
Erməni hərbi ekspert Gevork Melikyan hazırkı vəziyyətdə, Gümrüdəki bazada yaranmış problemləri həll edəcək birgə hərbi polis vahidlərinin yaradılmasını yaxşı hal kimi dəyərləndirsə də, ölkəsinin bu istiqamtdəki fəaliyyətsizliyini də (bəlkə də acizliyini) bildirib. Bütün bunlar başa düşüləndir. Məsələ bundadır ki, Gümrüdəki hərbi bazanı birləşmiş erməni-rus qruplaşmasının bir hissəsi kimi təqdim etsələr də, əslində, burada əsas söz sahibi rusların oldugunu ermənilərin özləri də etiraf etmək zorunda qalıblar. Ermənilərin “Lragir” caytı Ermənistanın razılıgı olmadan Rusiyanın belə bir addım atmasını ölkəsi üçün alçaldıcı hal kimi dəyərləndirir: “Rusiya hərbi polis yaratmaq üçün Ermənistanın icazəsini gözləmək lazım olduğunu belə düşünməyib. Bununla, Moskva, bir daha Ermənistanın “suveren”liyinə tüpürmüş olur”. Bunlar erməni saytının etirafıdır.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir
21.01.2019
Eduard Şarmazanov: “Paşinyanın hakimiyyəti vaxtı sərmayələr azalıb”
21.01.2019
Gürcüstanın yeni Prezidenti ilk xarici səfərini Brüsselə edib
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info