Azərbaycan məhsullarının Qətər bazarına ixracı imkanları müzakirə edilib
Tarix: 01.04.2018 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov respublikamızda istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının bu ölkənin bazarında tanıdılması və təşviqi məqsədilə yerli idxalçı şirkətlərdə görüş keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Qətərin Milli Qida Şirkətinin (NAFCO) rəhbəri Manasvi Rasgotra ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycan istehsalı olan məhsulların Qətər bazarına ixracı imkanları müzakirə edilib.
Qatar Milli İdxalat və İxracat Şirkətinin (QNIE) idarə heyətinin üzvü Məhəmməd Zain Valid Alkhiyami ilə görüşdə həmin şirkətlə ölkəmizdə fəaliyyət göstərən sənaye və ticarət müəssisələri arasında əməkdaşlığın yaradılması və inkişafı yollarından bəhs edilib. Ölkəmizdə istehsal edilən gündəlik istehlak məhsullarının Qətərə ixracı məsələsi müzakirə olunub. Şirkət ölkəmizin ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq etməyə dəvət edilib.
Görüşlərdə ölkəmizdə mövcud investisiya mühiti, iqtisadiyyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlər, istehsal müəssisələri və “Made in Azerbaijan” brendi altında istehsal edilən və dünya bazarına ixrac olunan məhsullar haqqında ətraflı məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info