Özbəkistanda 31 mart soyqırımı gününə həsr olunmuş kitab sərgisi təşkil olunub
Tarix: 02.04.2018 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Qafqazda iki əsrdir azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələrə dair nəşrlər nümayiş etdirilib. Sərgidə xüsusi ilə son zamanlar Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türküstanda və Qafqazda törədilən qətliamlara dair nəşr olunmuş Şuxrat Salamovun və Əli Həsənovun kitabları oxuculara təqdim olunub.
Qeyd olunub ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib.
Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib və vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırımı qurbanların xatirəsi daim yad edilməlidir.
Daha sonra Mədəniyyət Mərkəzində soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib, məlumatlandırmalar davam etdirilib.
Qeyd edək ki, Özbək mətbuatında 1918-ci il 31 mart azərbaycanlıların soyqırım günü, habelə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətinə dair silsilə məqalələr verilib.
Məqalələrdə Azərbaycan xalqının məruz qaldığı məşəqqətlər, qətliamlar, işğal və etnik təmizləmə siyasəti, 1918-ci il 31 mart azərbaycanlıların soyqırımını faktlarla sübut edən və Quba rayonunda aşkar olunmuş toplu məzarlıq geniş işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info