Azərbaycana gələn turistlərin sayı 12% artıb
Tarix: 02.04.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 29,3%-i Rusiya, 24,9%-i Gürcüstan, 13,8%-i Türkiyə, 8,0%-i İran, 3,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 2,0%-i İraq, 16,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71%-ini kişilər, 29%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8%-i yanvar, 47,2%-i fevral ayında ölkəyə gəlib.
 
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 26,7% azalma müşahidə edilib.
Bu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı ötən ilin yanvar-fevral aylarında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,6% artaraq 123 min nəfər olub.
 
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8%-i dəmir yolu və avtomobil, 36,3%-i hava, 0,9%-i su nəqliyyatından istifadə edib.
 
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 583 min nəfər olub. Ölkə vətəndaşlarının 32%-i Gürcüstana, 26%-i İrana, 22,4%-i Rusiyaya, 12,6%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,4%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 71,1%-i kişilər, 28,9%-i isə qadınlar olub.
 
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,2%-i dəmir yolu və avtomobil, 19,8%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info