Universitet tarixində ilk Qran-Pri mükafatı
Tarix: 01.06.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə respublika ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən musiqi ifaçılarının müsabiqəsində qazanılan Qran-Pri mükafatının təqdimetmə mərasimi oldu.
Mərasimi giriş sözü ilə açan universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar universitetdə keçirilən çoxsaylı tədbirlərdən danışdı. Rektor, muxtar respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində müxtəlif sahələrin, eləcə də incəsənətin inkişafı istiqamətində mühüm uğurlar qazanıldığını vurğuladı. Qeyd olundu ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət Universitetinin Qran-Pri mükafatı qazanması milli mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan ümummilli liderin 90 illik yubileyinə qiymətli töhfədir. Rektor bir daha müsabiqə qaliblərini təbrik edərək muxtar respublika mədəniyyətini, incəsənətini uğurla təmsil etməkdə onlara uğurlar arzuladı. Vokal qrupun bədii rəhbəri, NDU-nun İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova çıxış edərək müsabiqənin ali təhsil ocaqlarında ifaçılıq sənətini inkişaf etdirmək, Azərbaycan ifaçılıq sənətinin təbliği, gənc istedadların üzə çıxarılması baxımından əhəmiyyətindən danışdı. Bildirildi ki, “Estrada və populyar musiqi” nominasiyası üzrə Naxçıvan Dövlət Universitetinin koreyalı, nigeriyalı, banqladeşli tələbələrdən ibarət “Meridian” vokal qrupunun ifaları elə ilk turdan böyük maraqla qarşılandı. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor və müəllim heyətindən ibarət münsiflər heyəti çıxışı yüksək qiymətləndirdi. Belə ki, birbaşa qala konsertində iştirak etmək hüququ qazanıldı. Qeyri musiqiçilərdən ibarət, xarici tələbələrin də təmsil olunduğu “Meridian” vokal qrupunun 5 səsli vokal ifaları müsabiqənin ən böyük mükafatına - Qran-Pri mükafatına layiq görüldü. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mədəniyyətin, incəsənətin inkişafına göstərilən dövlət qayğısından bəhs etdi, Qran-Pri qaliblərini kollektiv adından təbrik etdi. Çıxışlarda vurğulandı ki, bu qələbədə Naxçıvan Dövlət Universitetində çoxillik rektorluq fəaliyyəti dövründə incəsənətin inkişafında unudulmaz xidmətləri olan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də xüsusi payı var. Tədbirdə müsabiqənin gedişini əks etdirən videoçarx da nümayiş olundu.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info