Sosial evlər tam təmirli halda təhvil veriləcək
Tarix: 02.04.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, agentlik tərəfindən Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən videoçarx ilə www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksinin mənzilləri 2 növ təmir edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.
Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri çəkilir.
Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin hər bir mənzilinin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat www.yasamal.mida.az internet səhifəsində təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info