Özbək dilində nəşr olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabın təqdimatı keçirilib
Tarix: 02.04.2018 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Daşkənddə yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.
Qeyd edək ki, kitab Azərbaycanın Özbəkistandakı səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub.
İlk öncə yazıçı-publisist Elmira Axundovanın müəllifi olduğu kitabların, habelə özbək dilində nəşr olunmuş “İlhom Aliyev “Ozgarishlar jarayonidagi Prezident tasviri” kitabının sərgisi təqdim olunub.
Nəşrin tərcüməçilər özbək alimləri Usman Kuçkar və Şokir Dolimovdır və kitab Daşkənddəki “Mashur press” nəşriyyatında işıq üzü görüb.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib və yazıçı tərəfindən qələmə alınmış, postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materialları özündə əks etdirən kitabla ölkə başçısının əsl portretinin yaratdığını qeyd edib.
Səfir vurğulayıb ki, müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş və dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektlərinə işıq salmışdır. O, kitabın Özbəkistanda da böyük maraqla qarşılandığını qeyd edib.

Daha sonra çıxış edən yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük inqilabi dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki səviyyədə olduğu kimi qüdrətli olmadığını bildirib.
Müəllif Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” siyasətinin Azərbaycanın Qafqazın lider dövlətinə çevirdiyini, regionda nüfuzlu ölkə olaraq qlobal əhəmiyyətli nəhəng layihələrin həyata keçirməsi dünyada ölkəmizin nüfuzunun güclənməsinə və xalqın ona olan inamını, ümidlərini doğrultduğunu söyləyib.
Təqdimat mərasiminin ölkədə prezident seçkiləri ərəfəsində keçirildiyini söyləyən Elmira Axundova kitabın bu böyük işlərə kiçik bir töhfə olduğunu qeyd etdi. O, ölkəmizdə görülən işləri, qazanılan  uğurları gözardı etmək, bəzi şəxslərin öz Vətənləri əleyhinə apardıqları iyrənc kompaniyanı pisləyərək, bu cür insanların sağlam düşüncəyə söykənmədiyini və öz Vətənlərinə xəyanət etdiklərini qeyd etdi.
Çıxış edən Özbək tarixçi-araşdırmaçı Şuxrat Salamov kitabın olduqca maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair İlham Əliyevin maraqlı fikirlərinin yer aldığını qeyd edib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov tarix boyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söyləyib. O, Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə antiazərbaycan təbliğatı aparanlara səslənərək bunun Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirib.
Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, kitabın tərcüməçisi Şokir Dolimov, tərcüməçi-alim Babaxan Şərif və başqaları nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin portretini yaratmaq, onu öz xalqının əsl liderinə və müasir dövrün ən parlaq siyasi xadimi kimi nə çevirmiş və müəllif real fakt, hadisələrə əsaslanaraq dövlət başçısının parlaq obrazını yaratdığını vurğulamışlar.
Onlar çıxışlarında Azərbaycan Prezidentinin İlham Əliyevin İslam həmrəyliyi, mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, kitabda multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu, xalqımızın əsrlər boyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyini, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığının real faktlarla sübuta yetirildiyini qeyd ediblər.
Tərcüməçi Şokir Dolimov İlham Əliyevin regionda Azərbaycanın müstəqil siyasət aparan dövlət olaraq nüfuzunun yüksəlməsi, ölkədə nəhəng infrastruktur layihələrinin reallaşdırılması, beynəlxalq tədbirlərə - Avropa oyunları, İslam oyunları, Qlobal forumlara ev sahibliyi etməsini ölkənin artan nüfuzunun göstəricisi olduğunu söyləyib.
O, kitabın Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan Səfirliyinə öz təşəkkürünü bildirib.
Daha sonra müəllif “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş yeni kitabları imzalayaraq oxuculara hədiyyə edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info