“Gənclərin böyük əksəriyyəti Prezidenti dəstəkləyir”
Tarix: 01.06.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Bütün fəaliyyəti dövründə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyi pozmağa çalışan radikal müxalifət qüvvələri indi də “ərəb baharı”ndan ruhlanaraq ölkəmizdə eyni ssenarinin təkrarlanması üçün bütün vasitələrdən, eyni zamanda gənclərdən istifadə edirlər. Məlumatsız gəncləri şirin vədlərlə aldadaraq kimi istifadə edir, gəncləri öz çirkin məqsədləri üçün cinayətlərə, qanunsuz əməllərə sövq edirlər. Nəticədə isə itirən yenə də gənclik olur. Hazırda isə radikal müxalifət partiyaları ətraflarında olan bir qisim gəncdən istifadə edərək beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün əllərindən gələni edirlər.

“Onlar Azərbaycanı asılılığa
salmaq istəyən bir sıra xarici dairələrin əlaltılarıdır”

Bununla bağlı qəzetimizə fikirlərini bildirən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov dövlətimizin inkişafını istəməyən xarici dairələr və onların daxili uzantılarının fəalliyyətinə daha çox diqqəti çəkdi: “Bir alman alimin belə bir fikri var: “Dünyada insanlar arasında ədalətlə bölünən şey ağıldır. Çünki heç kim öz ağlından narazı deyil”. Lakin radikal müxalifətdə təmsil olunanlar öz ağıllarından narazı olanlardır. Bu gün real vəziyyət tamam fərqlidir. Azərbaycan gəncliyinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyirlər. Gənclər təşkilatlarının müxtəlif tədbirlərində də gənclərimiz bunu dəfələrlə qeyd ediblər. Çünki onlar Azərbaycanın inkişafını, onun güclənməsini, toropaqlarımızın işğaldan azad olunması yolunu İlham Əliyevin apardığı daxili və xarixi siyasətdə görürlər. Təəssüf ki, belə bir həssas məqamda bəzi qüvvələr Azərbaycanın taleyüklü məsələlərini həll etmək üçün ölkə başçısının ətrafında sıx birləşmək əvəzinə destruktiv fəaliyyətlə məşğuldurlar. Onlar Azərbaycanı təslimçi sülhə, asılılığa salmaq istəyən bir sıra xarici dairələrin əlaltılarıdırlar.
Radikal müxalifətə qoşulan gənclərə gəldikdə isə onların bir çoxu bu yola aldanaraq düşürlər. Çox zaman ölkəmizi sevməyən xarici QHT-lər tərəfindən müxtəlif yollarla ölkəyə keçirilən maliyyə vəsaitləri ilə belə gəncləri maliyyələşdirirlər. Lakin bayaq da qeyd etdiyim kimi, ölkəmizdə gənclərdən istifadə edərək ictimai-siyasi sabitliyi pozmaq istəyənlər öz istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan güclü dövlətdir və onun sağlam gəncliyi var”.

“Ölkədə kifayət qədər sağlam
gənclik var”

Gələcəyə Baxış İctimai Hərəkatının həmsədri Aqil Acalov isə məsələ ilə bağlı bunları dedi: “Belə əməllər həm cəmiyyətin, həm də beynəlxalq ictimaiyyətin fikirlərini çaşdırmaq, yanlış istiqamətə yönləndirmək məqsədi güdür. Əslində kənardan baxsaq, belə gənclərin az sayda olduğunu görə bilərik. Çox zaman belə gənclərin özlərinin də adlarının bu cür məsələlərdə çəkilməsindən xəbərdar olmaması diqqət çəkən məqamlardandır. Azərbaycanda kifayət qədər sağlam gənclik var. Bunu idman, incəsənət, intellektual yarışlarda və digər mötəbər beynəlxalq müsabiqələrdə yüksək nəticələri əldə edən gənclərimizin timsalında görə bilərik. Əldə edilən çoxsaylı uğurlar, gənclərimizin hərətərəfli şəkildə inşkiaf etdirilməsi dövlətimizin gənclər siyasətinin doğru istiqamətdə olduğunun sübutudur. Bu gün xaricdə təhsil alan tələbələrin sayı durmadan artır, mühüm dövlət vəzifələrində gənclər irəli çəkilir, gənclər üçün müxtəlif layihələr, proqramlar işlənib hazırlanır və reallaşdırılır . İnkişaf edən gəncliyimizi başqa bir formada dünya ictimaiyyətinə təqdim edən insanlar görəsən nə maraq güdürlər? Demək, onlar Azərbaycanı sevməyən insanlardırlar. Biz Gələcəyə Baxış İctimai Hərəkatı olaraq ətrafımızda olan yüzlərlə gənclə eyni fikirdəyik ki, Azərbaycan gəncliyi sağlam düşüncəyə, yüksək intellektual potensiala, böyük əxlaqa və s. dəyərlərə malik olan gənclərdir və biz inanırıq ki, Azərbaycanın daha da inkişafı biz gənclərin gələcəyi deməkdir”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info