“Azərişıq” Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır
Tarix: 02.04.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri külək və digər təbii amillərə adekvat olmadığından yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, “Azərişıq” respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. Belə ki, istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir, fasilələr yaranır. Şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin satışının tam həyata keçirilməsi istiqamətində 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kilovoltluq (kV) “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart -sayğaclar quraşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenilənib və hazırda bu kəndlərdə özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) - SIP xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan komplekt transformator məntəqələrinin (KTM) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanılıb.
İmişli rayonunda Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun kənarında yerləşən 35/6 kV-luq “Bəhrəmtəpə” yarımstansiyasında da genişləndirmə və yenidənqurma işləri aparılır. 35 kV-luq Aranlı və 35 kV-luq Zavod hava xətlərinin magistral yol kənarı ilə paralel keçən hissəsinin birləşdirilərək ikidövrəli dayaqlarla yenidən çəkilməsi istiqamətində ilkin proses başa çatıb. Bununla yanaşı, rayon ərazisində yeni tikilən 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasını elektrik enerjisi ilə təmin etmək üçün yeni ikidövrəli 35 kV-luq “Rəsullu” hava xəttinin tikintisi yekunlaşıb. Artıq 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasının yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq “Muğan” və ikinci dövrəsinə isə 35/6 kV-luq “Çahar” yarımstansiyaları qoşulub. Həmçinin hazırda rayonun Telişli, Xəlfəli və Hacalmuradlı kəndlərində 0,4 kV-luq şəbəkələri yenidən qurulur.
Aran regionunun digər rayonu Beyləqanda da yenidənqurma işləri sürətlə aparılır. Belə ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yenidənqurma işləri başa çatdırılıb, kabelləşmə və smart kart tipli sayğaclar quraşdırılıb. Hazırda rayon mərkəzində 10 kV-luq Yağ zavodu hava xəttindən qidalanan KTM-lərin 0,4 kV-luq tərəfində və I Şahsevən kəndində yenidənqurma işləri davam etdirilir.
Zərdab rayonunun Dəkkoba, Dəli Quşçu və İsaqbağı kəndlərində yenidənqurma işləri başa çatıb. 2018-ci il ərzində bu kəndlərdə 28 ədəd müxtəlif güclü transformator məntəqələri quraşdırılaraq istismara verilib. Hazırda Zərdab rayonunun mərkəzində ÖİN kabellərlə yenidənqurma işləri görülür. Aran regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə Sarıçoban və Ayaq Qərvənd kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb, hazırda sayğacların quraşdırılması işləri aparılır. Rayonun Sarıcalı kəndində yenidənqurmaya hazırlıq işlərinə start verilib.
Füzuli rayonunun ən böyük kəndlərdən olan Böyük Bəhmənlidə isə KTM-lərin quraşdırılması işi başa çatıb, hazırda 0,4 kV-luq şəbəkənin yenilənməsi işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info