“Ermənistanın xarici borcu “təhlükəli” həddi keçib”
Tarix: 01.06.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Ermənistanın xarici borcunun ölkənin ÜDM-yə nisbəti hazırda "təhlükəli" həddi əhəmiyyətli dərəcədə ötür. Bu barədə «Birinci informasiya» məlumat yayıb. Bu barədə sensasiyalı bəyanat Avropa istiqraz vərəqələrinin buraxılışı ilə əlaqədar hökumət tərəfindən qəbul edilmiş konsepsiyada bildirilib.
Belə ki, Ermənistanın (həm dövlət, həm də özəl sektorda birlikdə) ümumi xarici borcunun ÜDM-ə nisbəti 2012-ci ildə 75 faiz olub, 2013-cü ildə isə 76,5 faiz təşkil edəcək. Lakin Beynəlxalq Valyuta Fondu və digər təşkilatların göstəricilərinə görə, təhlükəli hədd 40-60 faiz civarında müəyyən edilib. Həm də borcun ağırlığını xarakterizə edən bütün əsas hədlər əhəmiyyətli dərəcədə keçilib. "Ümumi xarici ixrac borcu xidməti"nin göstəricisinin mümkün həddi 25 faiz təşkil edir. Ermənistanda isə bu göstərici 2012-ci ildə 41 faiz, 2013-cü ildə isə 43 faiz təşkil edəcək. "Borcun büdcə gəlirlərinə xidmət"in göstəricisinin mümkün həddi 35 faizdir. Ermənistanda bu göstərici 2012-ci ildə 46,2 faiz, 2013-cü ildə isə 49,3 faiz təşkil edəcək. "Borc/İxrac" göstəricisinin mümkün dəyəri 200 faizdir. Ölkənin göstəricisi 2012-ci ildə 292 faiz təşkil edib. "Borc/Gəlir" göstəricisinin mümkün həddi 300 faiz olduğu halda, Ermənistanda isə bu göstərici 329 faiz təşkil edib. «Birinci informasiya» daha sonra yazır: «Bizim hökumət başçısı və digər nazirlər həmişə iddia edirdilər ki, xarici borc qorxulu həddə deyil. Məsələn, elə baş nazir Tiqran Sərkisyan bir il əvvəl deyirdi ki, bizdə xarici borc ÜDM-in 40 faizini təşkil etdiyi halda, Yunanıstanda bu göstərici 140 faizdir. Deməli, bizdə vəziyyət yaxşıdır. Baş nazir bizdə bu sahədəki vəziyyəti «orta ağır» kimi dəyərləndirmişdi. Xarici borcun «qorxulu» həddi keçməsi o deməkdir, bu vəziyyət iqtisadiyyata ağır təsir göstərəcək, adambaşına düşən ÜDM-i azaldacaq, investisiyanı, istehlası azaldacaq. Xarici borcun təhlükəli həddi iqtisadi artıma ciddi dərəcədə təsir edəcək. Hərçənd bizdə iqtisadi artımın olmasına ciddi şübhələr var. Elə hakim Respublika Partiyasının deputatları, o cümlədən Vardan Ayvazyan buna şübhə ilə yanaşır. 2014-cü ildə 500 milyon dollarlıq avroistiqraz buraxılsa, nə olacaq? Bununla Rusiyaya olan borc ödənilə bilər. Amma 750 və 1 milyard dollarlıq istiqraz buraxılsa, situasiya bir qədər ağırlaşacaq. Belə bir addımın atılması konsepsiyada nəzədə tutulub».
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info